"Qarabağ"ın yeni transferi Taofik İsmail sosial şəbəkə hesabında etdiyi paylaşımda "Qurnik"lə (Zabje) vidalaşıb.
Sport1.az xəbər verir ki, 26 yaşlı forvard Polşa təmsilçisinin formasını geyinməyi özü üçün şərəf hesab edib:
"Qurnik", vidalaşmağın vaxtıdır. Bu klubda yaşadığım bütün xatirələrə görə minnətdaram!
Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, klubda çalışan digər əməkdaşlara və azarkeşlərimizə təşəkkür edirəm.
Sizə gələcəkdə yalnız uğurlar arzulayıram!"
Xatırladaq ki, Ağdam təmsilçisi İsmaillə 3 illik müqavilə imzalayıb.