ÇSKA "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçlə maraqlanır.
Sport1.az Bolqarıstan mətbuatına istinadla xəbər verir ki, Sofiya klubu Ağdam təmsilçisinə 31 yaşlı oyunçu üçün 800 min avro təklif etməyə hazırdır.
Yaxın günlərdə Yankoviç üçün "köhlən atlar"a rəsmi təklif göndəriləcək.
Monteneqrolu futbolçu "Qarabağ"ın heyətində 2022-ci ildən çıxış edir.
O, karyerası ərzində "Olimpiakos", "Partizan", SPAL, "Hapoel" (Tel-Əviv) kimi klublarda da oynayıb.
Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya uduzaraq Konfrans Liqasına yuvarlanmışdı.