SON DƏQİQƏ
“Fənərbağça” ilə müqaviləsinə xitam verən Cengiz Ünderin yeni klubu bəlli olub.
Sport1.az xəbər verir ki, türkiyəli vinger karyerasını “Çorum”da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Fənərbağça” Cengiz Ünderi 2023-cü ildə “Marsel”dən 15 milyon avro qarşılığında transfer edib.