son dəqiqə SON DƏQİQƏ
MPL: 3-cü tura Qəbələdə start verilib, “Şəfa” “İmişli”yə qarşı Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu AÇ: Millimiz üçün çətin rəqib Komitə rəsmisi əsgərliyə getdi, AFFA-nın işi çətinə düşdü "Böyük Dəbilqə": Daha 5 cüdoçumuz mübarizəyə başlayır Günün oyunları: Dünya Seriyası: "Neftçi SOCAR" Yaponiya millisini məğlub etdi "Mən universal bir futbolçuyam, müxtəlif mövqelərdə oynayıram" Premyer Liqa klublarının yay transferləri

Qərb derbisində izdiham olacaq - VİDEO

Bölmə adı Kəpəz / Manşet
Yayımlandı Bu gün, 15:47

"Kəpəz" 3 illik fasilədən sonra Gəncəyə dönür.

Sport1.az xəbər verir ki, komanda Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"u doğma meydanda qəbul edəcək.

Əldə etdiyimiz məlumata görə, qərb derbisi üçün 7 mindən çox bilet satılıb.

Oyun saatına qədər daha çox biletin satılacağı və yeni təmirdən çıxan Gəncə şəhər stadionunun dolacağı gözlənilir.

Ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir.

Xatırladaq ki, "Kəpəz"in Gəncədə keçirdiyi sonuncu matç 16 sentyabr 2023-cü ildə "Səbail"ə qarşı baş tutub (0:3).

Həmin görüşdən sonra stadionun qəzalı vəziyyətdə olması səbəbilə arena tamamilə bağlanmış, söküntü və yenidənqurma işlərinə başlanmışdı.

Komanda növbəti ev oyununu (21 oktyabr 2023-cü ildə "Zirə"yə qarşı) artıq Tovuz şəhər stadionunda keçirmək məcburiyyətində qalmışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR