son dəqiqə SON DƏQİQƏ
Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də

“Aris”in bərbad komanda olduğunu düşünmürəm" - Elmar Baxşıyev

Bölmə adı Konfrans Liqası
Yayımlandı 30-07-2025, 22:00

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "Araz-Naxçıvan"ın “Aris”lə sabah baş tutacaq matçı öncəsi mətbuat konfansı keçirilib.

Sport1.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

O, oyunla bağlı öz fikirlərini bölüşüb: “Birinci oyundan əvvəl də qeyd etdmişdik ki, şanslar bərabərdir. Bunu söz xatirinə demirdik, rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Buna görə Bakıdakı oyundan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdik. Bizi öz komandamız maraqlandırır. “Aris”in bərbad komanda olduğunu düşünmürəm. Sizdən fərqli olaraq biz meydanda həmin mübarizəni hiss edirdik. “Aris”ə hörmət edir, bir qədər çəkinirik".

Mütəxəssis qeyd edib ki, birinci oyunun nəticəsinə baxmırlar: "Şans dediyiniz statistikadır, ona baxmırıq, oyunun taleyi meydanda həll olunur. Oyun ərzində komanda olaraq ən yaxşısını etməyə çalışacağıq. Birinci oyunu unutmuşuq. Sabahkı görüş haqda düşünürük. Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram".

E.Baxşıyev bildirib ki, rəqibin necə oynayacağı haqda danışmaq istəmir: "Çünki məni komandam, futbolçularımın nə edəcəyi maraqlandırır. “Aris”in güclü və zəif tərəflərini bilirik. Azarkeşlərə gəldikdə, bizim futbolçular da müxtəlif vaxtlarda bu cür fanat ordusu qarşısında oynayıblar. Ona görə ciddi təzyiq altına düşəcəklərinə inanmıram. Yenə deyirəm, Bakıdakı oyunu və nəticəni unutmuşuq. Hər şey sabahkı oyunda həll olunacaq. Biz də komanda olaraq bu görüşə köklənmişik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR