son dəqiqə SON DƏQİQƏ
Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də

Rüfət Quliyev: “Zirə” üçün hələ heç nə bitməyib” - AÇIQLAMA

Bölmə adı Konfrans Liqası / Manşet
Yayımlandı 31-07-2025, 09:08

Sabah klublarımız Konfrans Liqasında növbəti oyunlarını keçirəcəklər. Ötən həftə təmsilçilərimiz bu turnirdə uğurlu çıxış etdilər. “Zirə” “Hayduk”la heç-heçə etdi – 1:1. “Araz-Naxçıvan” Bakıda “Aris”ə qalib gəldi – 2:1. “Sabah” səfərdə “Petrokub”u məğlub etdi – 2:0. Bu nəticələrdən sonra hansı klubumuz növbəti mərhələyə adlaya bilər? Cavab matçlarında təmsilçilərimiz nə edə biləcəklər? Suallarımızı Rüfət Quliyevə ünvanladıq.

Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Konfrans Liqasında hər 3 klubumuz ilk görüşlərində yaxşı mübarizə apardılar. Düzdür, “Zirə” qələbə hesabını qoruya bilmədi. Buna rəğmən, oyun planında pis çıxış etmədi. “Zirə” üçün hələ heç nə bitməyib. Qəsəbə təmsilçisi səfərdə əzmkarlıq sərgiləsə və müdafiədə boşluqlar verməsə, sevinən tərəf ola bilər.
“Araz-Naxçıvan” ilk matçda güclü “Aris”ə futbol dərsi keçdi. Naxçıvanlılar sərgilədikləri oyunla xoş sözlərə layiqdilər. Elmar Baxşıyevin komandası Yunanıstana hesabda və psixoloji cəhətdən üstün yollansalar da, Saloniki təmsilçisi doğma divarlar arasında revanş üçün son saniyəyə kimi döyüşəcək. İnanıram ki, “Araz-Naxçıvan” bu təzyiqə dözəcək və mərhələ adlayan tərəf olacaq.
“Sabah” Moldovada “Petrokub”nu iki top fərqiylə məğlub etməklə 50 faiz işinin öhdəsindən gəlib. Buna rəğmən, “bayquşlar” arxayınlaşmayaraq ikinci dueldə də qələbə üçün mübarizə aparacaqlar. Hər 3 klubumuza uğurlar arzu edirəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR