son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır -

"Premyer Liqa klublarının 90 faizinin Yusif İmanov kimi qolkiperə ehtiyacı var" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 20-07-2025, 10:56

Yusif İmanov birtərəfli olaraq "Sabah"la olan müqaviləsini ləğv etdi.

Millimizin qapıçısı məsələni belə şərh etdi: "Mənə qarşı hörmətsizlik etdilər".

Görəsən, gənc qolkiperin gələcək karyerası necə olacaq? “Əlcək sahib”i Premyer Liqada çıxış etməli, yoxsa ölkə xaricinə yollanmalıdır?

Bu sualları veteran qapıçı Nadir Şükürova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Yusif İmanov “Sabah”ın üzə çıxardığı qapıçıdır. Onun həm fiziki göstəriciləri, həm də çərçivədə işi qənaətbəxş olub. Təbii ki, bəzi oyunlarda səhvləri ilə də diqqət çəkib. Səhvsiz futbolçu yoxdur və idmanın bu növündədə nöqsanlara yol verə-verə inkişaf edirsən. Masazır təmsilçisinin yaxşı yerlərə gəlib çıxmasında Yusifin az rolu olmayıb. Onun adının klubunun iştirak ərizəsində görmədikdə çox təəccübləndim. Qapıçının gələcək karyerasına gəlincə, həm ölkə xaricində, həm çempionatımızda çıxış edə bilər. Bu gün Premyer Liqa klublarının 90 faizinin Yusif İmanov kimi qolkiperə ehtiyacı var. Legioner həyatı yaşaması daha yaxşı olardı. Amma burada bir şərt var. O, müntəzəm şans qazanacağı və inkişaf edəcəyi xaricə kluba getməlidir. Ehtiyatda oturmaq üçün legioner həyatı yaşamağın mənası yoxdur. İstənilən halda Yusif qərar verməyə tələsməməlidir. Onun gələcəkdə daha yaxşı qapıçı olacağına inamım böyükdür”.


MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR