Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Sport1.az xəbər verir ki, yığmamızın qapıçısı Mehriban Şahməmmədova "Kocaeli" klubunda oynayacaq.
Qolkiper I Liqa təmsilçisi ilə 1 illik sözləşmə imzalayıb.
Ötən mövsümü ALG klubunda keçirmiş Mehriban 2024-cü ildən A millimizdə forma geyinir.