son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - REPLİKA

Bölmə adı Voleybol / Manşet
Yayımlandı Dünən, 17:16

Bakı hazırda daha bir beynəlxalq turnirə ev sahibliyi edir.

Ölkəmizdə voleybol üzrə Avropa Çempionatının C qrupunun oyunları keçirilir.

Mötəbər turnirdə iştirak edən yığmamız bu günə qədər keçirdiyi oyunlarda Portuqaliya (3:1), İspaniyanı (3:0), Rumıniyanı (3:2) üstələyib, Belçikaya uduzub - 0:3.

Müzakirə mövzumuz hazırda nəticələrlə bağlı deyil. Komanda udar da, uduzar da.

Əsas problem kapitan Ayşən Əbdüləzimovanın uduzduqları oyundan sonra miks-zonada həmkarımız Murad Şirinova qarşı kobud davranışıdır.

Məğlubiyyətlə üzləşəndə tənqidləri qəbul etmək, həzm etməyi bacarmaq lazımdır. Professional idmançı məhz bu xüsusiyyətləri daşımalıdır.

Həmkarımızın jurnalist kimliyini kənara qoyaq. Bəs, normal danışıq tərzi? Bu, çox sadə, hər kəsin əməl etməli olduğu qaydadır. Hər kəsin!

Titullu oyunçu olmaq, populyarlıq, kapitanlıq və s. Bunlardan heç biri məlum "performansınıza" haqq qazandırmır, Ayşən xanım.

Media önündə açıqlama vermək istəməməyiniz çox normal qəbul edilə bilərdi. Lakin bunu daha normal üslubla qarşı tərəfə çatdıra bilərdiniz.

Yaraşmadı. Heç yaraşmadı.

Tənqidə dözümlü olmaq bir idmançının professionallığının göstəricisidir. İnanın ki, bu davranışınız sizə "xal qazandırmadı".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR