Yeni mövsümə hazırlığını davam etdirən "Xankəndi" daha bir futbolçu ilə anlaşıb.
Sport1.az xəbər verir ki, "Qarabağ"ın sabiq üzvü bölgə təmsilçisi müdafiəçi Nihad Tamazovla 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Xankəndi" 2026/27 mövsümündən Azərbaycan I Liqasında mübarizə aparacaq.