son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır -

“Qarabağ”ın yeni transferi ilə lağ etdilər: “Tarixin ən pis müdafiəçisi...”

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-07-2025, 19:56

İki gün öncə “Qarabağ” heyətini bir futbolçu ilə gücləndirdi.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi “Dinamo”nun (Zaqreb) müdafiəçisi Sami Mmaeni 1 illik icarəyə götürdü. 27 yaşlı futbolçu yeni mövsümdə “köhlən atlar”ın heyətində “3” nömrəli formanı geyinəcək. Bu transfer Xorvatiyada, xüsusən də "Dinamo” azarkeşləri tərəfindən sevinclə qarşılanıb. Zaqreblilərin futbolçu ilə vidalaşma paylaşımına və “Qarabağ”ın transfer xəbərinin altına çoxsaylı rəylər yazılıb. Şərhlərin ümumi tonu bir məqamda birləşir: “Azarkeşlər Sami Mmaedən qurtulduqları üçün sevinirlər”.

Fanatların yazdıqları rəylərdən bəzilərini diqqətinizə çatdırırıq:

"I want you good luck. I'm Dinamo fan and Sammy is not good player."
– Uğurlar arzulayıram. "Dinamo" azarkeşiyəm və Sami yaxşı futbolçu deyil.

"That was the worst CB player in Dinamo Zagreb history... thank you Qarabag, you will see pure quality."
– Bu, "Dinamo" tarixinin ən pis mərkəz müdafiəçisi idi... Təşəkkürlər, "Qarabağ". Siz "xalis keyfiyyəti" görəcəksiniz.

"Thank you, Qarabagh, thank you, thank you… you will have 'fun' with your new 'player'."
– Təşəkkürlər, "Qarabağ". Təşəkkürlər, təşəkkürlər… Yeni "oyunçunuzla" çox "əylənəcəksiniz".

"Thank you so much Qarabag."
– Çox sağ olun, "Qarabağ".

"Kada sam gledao Sammyija, ozbiljno sam počeo vjerovati da bi netko sa ulice više dao obrani Dinama samo ostavljanjem srca na terenu."
– Samiya baxanda ciddi şəkildə düşünməyə başlamışdım ki, küçədən birini gətirsələr, təkcə ürəyini ortaya qoymaqla "Dinamo"nun müdafiəsinə daha çox töhfə verər.

"Dugo ovako loš igrač nije bio u Dinamu."
– Uzun zamandır "Dinamo"da bu qədər zəif bir oyunçu olmamışdı.

"Uzmite ga Azeri i imajte ga 20 godina još."
– Onu götürün, azərbaycanlılar, 20 il də saxlayın.

Qeyd edək ki, peşəkar karyerasına Belçikanın “Standart” klubunda başlayan Sami Mmae daha sonra Niderlandın “Maastrixt”, Belçikanın “Sent-Truden”, Macarıstanın “Ferentsvaroş” və son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) komandalarında çıxış edib. O, 2024/25 mövsümünün UEFA Çempionlar Liqasının pley-off mərhələsində məhz “Qarabağ”a qarşı hər iki oyunda da əsas heyətdə yer alıb və 90 dəqiqə meydanda olub. Beynəlxalq arenada isə Mərakeş millisinin heyətində 10 oyuna çıxıb.

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR