son dəqiqə SON DƏQİQƏ
Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub

“Qarabağ”ın təşkilatçılığı ilə mini futbol turniri keçirilib - ŞƏKİLLƏR

Bölmə adı Digər turnirlər
Yayımlandı 19-07-2025, 17:27

“Qarabağ” klubunun təşkilatçılığı ilə keçirilən “Milli Mətbuat 150” mini futbol turniri başa çatıb.

Sport1.az xəbər verir ki, oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub.

Mükafatları “Qarabağ” klubunun baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev təqdim ediblər.

Əvvəlcə turnirin ərsəyə gəlməsində dəstək olan tərəfdaşlara xatirə hədiyyələri, turnir iştirakçıları tərəfindən imzalanmış formalar təqdim olunub. Ardınca görüşləri idarə edən hakimlərə diplom və hədiyyələr verilib. Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.

Turnirin yekununa əsasən, “İnternasional” komandası çempion olaraq qızıl medallara və kuboka sahib çıxıb. “J United” gümüş, "CanSports” isə bürünc medallarla təltif olunub.

Qeyd edək ki, turnirin “Ən Yaxşı Oyunçusu” adına layiq görülən "İnternasional" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub. “Ən Sərrast Oyunçu” mükafatı isə "CanSports" komandasının üzvü Etibar Tağıyevə təqdim edilib.

“Qarabağ”ın təşkilatçılığı ilə mini futbol turniri keçirilib




Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR