son dəqiqə SON DƏQİQƏ
Prezident “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında

Modriç "Milan"da

Bölmə adı İtaliya
Yayımlandı 14-07-2025, 21:49

İspaniya “Real Madrid”inin xorvatiyalı futbolçusu Luka Modriç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.

Sport1.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təcrübəli futbolçu ilə müqavilə bir illikdir. İyulun 9-da Modriç “Real Madrid”in heyətində son oyununu keçirib. İspanlar klublararası dünya çempionatının yarımfinalında Fransanın PSJ klubuna uduzub (0:4).

Yada salaq ki, 39 yaşlı Modriç 2012-ci ilin yayından "Real"da çıxış edirdi. O, 2018-ci ildə “France Football” nəşrinin ilin ən yaxşı oyunçusuna verdiyi “Qızıl Top”a yiyələnib. Futbolçu karyerası ərzində İngiltərənin "Tottenhem" və Xorvatiyanın "Dinamo Zaqreb" klublarının da çıxış edib.

Modriç Xorvatiya millisində 188 oyun keçirib və 28 qola imza atıb. O, dünya çempionatının gümüş (2018) və bürünc (2022) mükafatçısıdır və yığmanın heyətində ən çox oyun keçirən rekordçudur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR