"Sabah" basketbol komandası Litvada yeni mövsümə hazırlıqlarını davam etdirir.
Sport1.az xəbər verir ki, son Azərbaycan çempionu yoxlama görüşündə qüvvəsini sınayıb. Təmsilçimiz "London Lions"la qarşılaşıb.
Görüş İngiltərə klubunun 88:82 hesablı qələbəsi ilə başa çatıb.