son dəqiqə SON DƏQİQƏ
"Zirə"nin futbolçusu bölgə klubunda "Sabah" İngiltərə klubuna məğlub oldu 2 məşhur hakimimiz UEFA-nın seminarında iştirak edib Bölgə təmsilçisi "Sabah"ın futbolçusunu icarəyə götürdü Toral Bayramovun komandasından darmadağın Serbiyalı mütəxəssis Azərbaycan klubunda çalışacaq Mahir qol vurdu, komandası uduzdu "Mançester Yunayted"in rəsmi saytı "Sabah"la oyun haqda bunları yazdı "Şahdağ Qusar" mövsümə qələbə ilə başladı "Səbail" "Xankəndi" ilə bacarmadı "Kəpəz" növbəti rekordu hədəfləyir Azərbaycanlı Dünya Kubokunun qalibi oldu "Kəpəz" bir ailədir" "Zirə" bu futbolçu ilə 3 illik müqavilə imzaladı Azarkeşləri "Sumqayıt"ı ziyana saldı Azərbaycanlı cüdoçu ikiqat Avropa çempionu oldu Mingəçevirdə Azərbaycan Çempionatının qalibləri bəlli oldu Cüdoçumuz Avropa çempionu oldu "Sumqayıt" futbolçusunu bölgə klubuna icarəyə verdi "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"dan qələbə Bu rayonda yeni futbol klubu yaradıldı Azərbaycanlı xanım Avropa Çempionatında bu işə nəzarət edəcək Azərbaycan boksçuları Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Premyer Liqa klublarının yay transferləri "Zirə"dən daha bir transfer AÇ: 2 cüdoçumuz finalda, Xədicə təsəlliverici görüşə çıxacaq Millimizin oyunlarının "Neftçi" futbolçusuna və azarkeşlərə görə 2500 manat

Bölgə təmsilçisi AFFA-ya müraciət etdi - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 3-07-2025, 11:23

Ötən mövsüm Region Liqasında yarım finala qədər irəliləyən “Göyəzən” hazırda ağır günlərini yaşayır.

20 ildən çoxdur komandaya sponsorluq edən “Turanbank” klubdan imtina edib. Görəsən, bunun səbəbi nədir?

Qazax təmsilçisinin gələcək taleyi necə olacaq? “Dağlılar” qarşıdakı mövsümdə Region Liqasında mübarizə aparacaqlarmı?

Bu sualları komandanın baş məşqçisi və direktoru Elxan Muradova ünvanladıq. Qərb təmsilçisinin rəsmisi mövzu ilə bağlı Sport1.az-a bunları söylədi:

“Turanbank” əvvəlcədən bizə heç bir xəbərdarlıq etmədən başa çatan müqaviləni yeniləmədi. Sözləşmənin uzadılmaması ilə bağlı da hansısa arqument göstərmədilər. 22 il idi. Onlar bizə pis-yaxşı maliyyə dəstəyi göstərir, əsas da stadionumuzun saxlanılmasında köməklik edilirdi. İndi deyirlər ki, yaxın günlərdə futbol məkanının komunal borcları ödənilməsə suyu və işığı kəsəcəyik. Belə olsa, çıxılmaz vəziyyətə düşəcəyik. Əsas komandamızla yanaşı, aşağı yaş qrupları üzrə 110 uşağa da stadionda məşq keçirik. Onların gələcəyi məhv ola bilər. Hazırda sponsor axtarışındayıq. Köməklik göstərməsi üçün AFFA-ya da müraciət etmişik. Gərgin və çıxılmaz vəziyyətdəyik”.

Veteran futbolçu “Göyəzən”in “Turan Tovuz”un farm komandası olması ilə bağlı gəzən söhbətlərə də aydınlıq gətirdi:

“Bu, həqiqətə uyğun deyil. Bilmirəm bu söhbəti kim ortaya atıb və kimlər bunu yayır. Bizim 50 ilə yaxın yaşımız var, heç bir klubun da farm komandası olmaq kimi məqsədimiz, niyyətimiz yoxdur. Yeganə arzumuz “Göyəzən” yaşatmaq və peşəkar liqaya daşımaqdır”.

MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR