son dəqiqə SON DƏQİQƏ
Avropa Kuboku: "Kür" komandası mübarizəyə başlayır ● Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ●

Amerikansayağı AFFA - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 8-05-2025, 10:18

Ötən həftə tarixi hadisənin şahidi olduq.

Təbrizin "Traxtor" klubu İran Pro Liqasının 28-ci turunda "Şəms Azar"ı səfərdə 4:0 hesabı ilə məğlub etdi. Bununla da 55 illik tarixində ilk dəfə çempionluq sevincini yaşadı.

Təbii ki, bu hadisə ölkəmizdə də şadlıqla qarşılandı. Cənublu qardaşlarımızın uğurunu özümüzünkü kimi qəbul etdik.

Bəzi klublarımız təbrizliləri dərhal qalibiyyət münasibəti ilə təbrik etdi. Bəziləri bir qədər gecikdi. Amma yenə də təbrik etdilər.

Gözümüz isə AFFA-nın səhifəsində qalmışdı. Paylaşım edilmirdi ki, edilmirdi. Şəxsən mən düşdüm ki, qurum "Traxtor"u təbrik etməyəcək.

Amma yenə AFFA məni təəccübləndirməyi bacardı. Amerikansayağı addım atdılar. Amerikanın nə dəxli?

Aprelin 10-da ABŞ-ın prezidenti Donald Tramp ölkə başçısı İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. Bu məsələ ictimaiyyətdə bir qədər təəccüb doğurdu. Çünki Novruz bayramı Azərbaycanda martın 20-21-i qeyd edilir. 20 gündən sonra təbrik nəyə lazım idi? Bunu araşdırmaq bizim işimiz deyil. Siyasi məsələdir. Sağ olsun Donald Tramp! Gec də olsa, xalqımızı təbrik edib. Keçək öz işimizə.

Görəsən, AFFA hansı səbəbdən 3 gün sonra "Traxtor"u çempionluq münasibəti ilə təbrik etdi? İş günləri deyildi? Yoxsa, icraçı vitse-prezidenti Sərxan Hacıyev və ya baş katib Cahangir Fərəcullayev özünü ABŞ prezidenti Donald Trampa bənzədirlər. Bu amerikansayağı davranışın izahı var?

Yenə də sağ olsunlar. 3 gün sonra da olsa, "Traxtor"u təbrik edə biliblər...

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR