son dəqiqə SON DƏQİQƏ
DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ●

U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib

Bölmə adı Digər
Yayımlandı Bu gün, 10:53

Monteneqroda keçirilən U-17 Avropa Çempionatının beşinci günündə Azərbaycan millisinin daha üç boksçusu 1/4 finala, ikisi yarımfinala vəsiqə qazanıb.

Sport1.az xəbər verir ki, Nihad Məmmədli (48 kq) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb.

Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti qarşılaşmasında Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Nəsirzadə (52 kq) də rinqdən qalib ayrılıb.

Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.

Məhəmmədəli İstamov (57 kq) Martin Donovandan (İrlandiya) güclü olub.

Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib.

O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.

Səma Abbasova (66 kq) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb.

Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib.

Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək.

Xumar Cəfərli (+80 kq) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb.

O, 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Avropa çempionu yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər.

1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR