"Neftçi SOCAR" yarımfinalda

Bölmə adı Basketbol
Yayımlandı 30-08-2026, 11:24

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində yarımfinala yüksəlib.

Sport1.az xəbər verir ki, Bakı klubu 1/4 finalda Tailand millisi ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi bu görüşdə 19:12 hesablı qələbə qazanıb.

Təmsilçimiz yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Müəllif: Sport1.az