Ölkəsinə qayıtdı - RƏSMİ

Bölmə adı İspaniya
Yayımlandı Bu gün, 00:25

İspaniya millisinin sabiq hücumçusu Alvaro Morata karyerasını Sequndada davam etdirəcək.

Sport1.az xəbər verir ki, 33 yaşlı futbolçu “Leqanes”ə keçib.

Komanda ispaniyalını İtaliyanın “Komo” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə Moratanı birdəfəlik transfer etmək hüququ da yer alıb.

Qeyd dək ki, Morata ötən mövsüm “Komo”nun heyətində 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Müəllif: Cahan