SON DƏQİQƏ
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Bakıda keçirilən Avropa Çempionatının C qrupunda son matçına çıxıb.
Sport1.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi seçmə Niderland kollektivi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan duel rəqib komandanın 3:1 hesablı üstünlüyü ilə başa çatıb.
Məğlubiyyətə baxmayaraq, aktivində 8 xal olan Azərbaycan millisi C qrupunu 3-cü pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Voleybolçularımız daha öncəki oyunlarda Portuqaliya, Serbiya və Rumıniya seçmələrini üstələmiş, Belçika kollektivinə isə məğlub olmuşdu.