"Mən universal bir futbolçuyam, müxtəlif mövqelərdə oynayıram"

Bölmə adı Neftçi
Yayımlandı Bu gün, 09:59

"Neftçi"nin yeni transferi Denzel Jubitana "ağ-qaralar"a keçidi haqqında danışıb.

Sport1.az xəbər verir ki, surinamlı vinger bu sözləri dilə gətirib:

"Azərbaycan Avropaya o qədər də yaxın olmasa da, burada oynamış bir neçə dostum var. Onlardan yalnız müsbət fikirlər eşitmişəm. Etiraf edim ki, ilk təəssüratım təəccüb oldu. Hər şey çox gözəl görünür, insanlar çox mehribandır, ölkə isə çox təmizdir. Açığı, belə isti qarşılanacağımı gözləmirdim. Daha əvvəl belə münasibətlə qarşılaşmamışdım.

Ən güclü tərəflərimdən biri yaradıcılığımdır. Meydanda sərbəst oynamağı və nəsə yaratmağı xoşlayıram. Ümid edirəm ki, qollarım və assistlərimlə komandaya faydalı olacağam. Mən universal futbolçuyam və müxtəlif mövqelərdə oynaya bilirəm. Fiziki cəhətdən tam hazıram, amma daha tez uyğunlaşmaq üçün komanda ilə məşq etməliyəm".

"Neftçi" Jubitana ilə 2 illik müqavilə imzalayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR