Sabiq komandasına qayıdır?

Bölmə adı İngiltərə
Yayımlandı Dünən, 23:31

“Mançester Siti” Xulian Alvaresin mümkün transferi ilə bağlı “Atletiko Madrid”lə əlaqə saxlayıb.

Sport1.az “Marca”ya istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı hücumçunu icarəyə götürmək istəyir.

Lakin “Mançester Siti” “Arsenal”la eyni problemlə üzləşib. Belə ki, 26 yaşlı futbolçu İngiltərəyə qayıtmaq istəmir.

Bundan başqa, “Atletiko”nun Alvareslə yollarını yalnız iki halda ayırmağa hazır olduğu bildirilir. Madrid təmsilçisi futbolçu üçün ən azı 150 milyon avro ödənilməsini tələb edir. Digər variant isə Viktor Dyökereş səviyyəsində futbolçunun pul əlavəsi ilə dəyişdirilməsidir.

Qeyd edək ki, Alvares 2022-2024-cü illərdə “Mançester Siti”nin formasını geyinib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR