Bu gün Azərbaycanın daha beş cüdoçusu İsveçrədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.
Sport1.az xəbər verir ki, Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə və Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.
Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub.