Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa Çempionatının C qrupunda bu gün növbəti matçına çıxacaq.
Sport1.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Rumıniya ilə qarşılaşacaq.
Görüş saat 18:30-da start götürəcək.
Qrupun digər oyununda Niderland və Portuqaliya yığmaları üz-üzə gələcəklər.
Bu oyun isə 15:30-da başlayacaq.
Azərbaycan yığması C qrupunda 6 xalla liderdir.