SON DƏQİQƏ
"Neftçi" və "Sabah" komandaları bu gün Misli Premyer Liqasının 7-ci turu çərçivəsində üz-üzə gələcəklər.
Sport1.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutacaq matç üçün artıq 5000 bilet satılıb.
Fanatlar fiziki biletləri bu gün stadionu kassasından əldə edə bilərlər.
Oyuna saat 19:30-da start veriləcək.
Hər iki komandanın 6 turdan sonra 15 xalı var.