son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edəcək ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ●

Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb

Bölmə adı Digər
Yayımlandı Bu gün, 11:21

Monteneqroda boks üzrə U-17 Avropa Çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Sport1.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 6 idmançısı yarımfinala yüksəlib.

Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.

Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) cəmi 79 saniyəyə üstələyib.

Boksçumuz final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib - 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24).

O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.

Qardaş Rəhimov (54 kq) bu dəfə Mikita Beskaravainy (Belarus) üzərində qələbə qazanıb - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).

Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.

Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib.

Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib.

İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.

Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb.

O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.

Nəticədə yarımfinala yüksələn boksçularımızın sayı 8-ə yüksəlib.

Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.

Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.

Yarımfinal döyüşləri bu gün, finallar oktyabrın 11-də olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR