Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub.
Sport1.az xəbər verir ki, yubiley I təsnifat mərhələsinin "Difai" - "Zəngəzur" matçına (1:3) təsadüf edib.
Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə 23-cü qolun müəllifi olub.
Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.
Turnirdə ilk qolu 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.