son dəqiqə SON DƏQİQƏ
“İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Premyer Liqa klublarının yay transferləri Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq

"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları müəyyənləşib

Bölmə adı Basketbol
Yayımlandı 14-08-2026, 15:56

"Sea Breeze" istirahət mərkəzində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3×3 World Women’s Series) növbəti mərhələsinin oyunları keçiriləcək.

Sport1.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 16 milli və klub komandası iştirak edəcək:

Azərbaycan, "Neftçi SOCAR", Niderland, Almaniya, Avstriya, "Madrid" (İspaniya), Latviya, "Yanjinq" (Çin), Çexiya, "Varşava" (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, "Arrasate Ointxe" (İspaniya).

Turnirdə ilk günün görüşləri 15 avqustda baş tutacaq və matçlar təsnifat mərhələsi ilə start götürəcək.

Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq milli komandamız təsnifat oyunlarına qatılacaq.

Millimiz turnirin açılış matçında Ukrayna yığması ilə üz-üzə gələcək, ardından Misir yığmasına qarşı qüvvəsini sınayacaq.

Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq.

B qrupunda yer alan "Neftçi SOCAR" ilk matçına saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı çıxacaq.

Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin “Yanjinq” komandasına qarşı keçirəcək.

Qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri də baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR