"Gəncə" Basketbol Klubu daha bir oyunçunun transferini tamamlayıb.
Sport1.az xəbər verir ki, Fikrət Ələkbərovla yeni mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Müdafiəçi mövqeyində oynayan 22 yaşlı basketbolçu son mövsümü "Neftçi"də keçirib.
184 sm boya malik Ələkbərov U-16 və U-20 yığmalarımızda da forma geyinib.