son dəqiqə SON DƏQİQƏ
“İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Premyer Liqa klublarının yay transferləri Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq

Elnur Cəfərov: "Rəqabətədavamlı komanda qurmaq istəyirik"

Bölmə adı Basketbol
Yayımlandı 5-08-2026, 20:27

“Gəncə” basketbol komandasının direktoru Elnur Cəfərov klubun mətbuat xidmətinə açıqlama verərək transfer planları və hədəflər barədə danışıb.

Sport1.az xəbər verir ki, klub rəsmisi komandanın əsas məqsədinin iştirak etdiyi turnirlərdə uğurlu çıxış etmək olduğunu bildirib:

"Komandamız Avropanın klub yarışlarında iştirak edəcək ilk region klubu kimi Azərbaycan basketbolunun tarixinə düşüb. Bu məqam bizi olduqca həyacanlandırır. Eyni zamanda məsuliyyətimizi artırır. Komandamız əvvəlki illərdən fərqli olaraq mövsüm öncəsi hazırlıqlara da bu səbəbdən daha tez başlayıb. Yeni baş məşqçimiz məlumdur, təcrübəlidir. Və onun da istəyi üzərinə heyəti formalaşdırmağa başlamışıq. Məqsədimiz həm xarici, həm də daxili arenada şəhərimizi, klubumuzu uğurla təmsil etməkdir. Biz beynəlxalq yarışlarda ölkəmiz adına çıxış edirik. Bu, olduqca qürurvericidir. Buna görə də işimizi peşəkar səviyyədə qurmuşuq. Məşqçilər tərəfindən təklif olunan basketbolçulara baxılır, seleksiya işləri aparılır. Transfer məsələsində diqqətli olmalıyıq. Deyim ki, artıq razılaşdığımız yerli və legioner oyunçular var. Klubumuzun sosial şəbəkələrdə olan rəsmi səhifələri tərəfindən mütamadi bu barədə paylaşımlar edilir, məlumatlar verilir. İstər azarkeşlərimiz, istərsə də media nümayəndələri transfer bazarlığımızı maraqla izləyir, diqqət göstərir. Yaxın günlərdə daha bir neçə basketbolçunun keçidi haqqında məlumatlar veriləcək. Daha səviyyəli, güclü, rəqabətədavamlı komanda qurmaq istəyirik".

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR