"Gəncə" basketbolçusu İslam Rzayevlə müqavilə müddətini artırıb.
Sport1.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Gəncə basketbol məktəbinin yetirməsi olan 24 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna kimi müqavilə bağlanıb.