son dəqiqə SON DƏQİQƏ
Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ● Eldar Zülfüqarov beynəlxalq turnirin görüşlərini idarə edəcək ●

Güləş Federasiyasının "gümüş-bürünc" təsəllisi, erməniyə qismət olan qızıl medal - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 1-08-2026, 19:23

Bakıda keçirilən U-17 Dünya Çempionatı güləşimizlə bağlı çox acı bir reallığı üzümüzə çırpır.

Sözdə nəticələrimiz fəlakət deyil, medallar var, idmançılarımız finala, yarımfinala qədər yüksəlir. Amma ortada ən vacib məqam çatışmır: ÇEMPİONUMUZ YOXDUR!

Ev sahibi olduğumuz, doğma Bakımızda baş tutan turnirdə hələ də fəxri kürsünün ən yüksək pilləsinə qalxan bircə pəhləvanımız belə gözə dəymir. Yarımfinallara adlamaqla, "bürünc-gümüş"lə təsəlli tapmaq Azərbaycan güləşi üçün nə vaxtdan uğur sayılıb?

Milliyə hər cür şərait yaradılır, dövlət milyonlar ayırır, xaricdə təlim-məşq toplanışları təşkil olunur. Bəs, bəhrəsi? İllüziya yaradan yarımçıq göstəricilərlə baş qatmaq, öz evində zəfər qazana bilməmək illərdir yığılan problemlərin göstəricisidir. U-17 gələcəyin əsas heyəti deməkdir. Sabahın pəhləvanları bu gün qızıl medal həsrəti çəkirsə, gələcək üçün nəyə ümid edirik?

Mundialdan bir gün öncə — 26 iyulda AGF-nin baş katibi Pərvin Piriyevin verdiyi bu açıqlamaya baxın:

"Bizim hədəfimiz ilk sıralarda yer almaqdır. Lakin bu, hazırda əsas prioritetimiz deyil. U-17 keçid yaş dövrüdür. Üstünlük verdiyimiz məsələ idmançıların həm mental, həm də fiziki sağlamlığıdır. Əsas məqam onların texniki fəndləri düzgün icra etmələridir. Yeni bilik və təcrübə qazanmaları üçün səhv etmək şansları olmalıdır".

Hə, Pərvin bəy, "prioritetimiz deyil" deyib yarımçıq nəticələrə bəraət qazandırmaq rahatdır. Biz idmanı siyasətə qatmırıq, beynəlxalq yarışın qaydalarını da yaxşı bilirik. Yunan-Roma güləşində Ermənistan təmsilçisi xalçada qalib gəldi və birinci oldu. Bayrağını yüksəyə qaldıraraq himnini səsləndirdir. Bir azərbaycanlı kimi, öz pəhləvanlarımızın yox, erməni idmançının Bakının tən ortasında çempionluq sevinci yaşaması hər birimizin milli qürurumuza toxundu.

İndi federasiya rəsmilərinə üzümüzü tutub soruşuruq: "Səhv etmək şansı" dediyiniz bu mənzərə, paytaxtımızda keçirilən turnirdə qızıl medalsız qalmağımız sizin milli qürurunuza, heysiyyətinizə zərrə də olsun təsir etmir?! Dünya Çempionatı hələ davam edir. Amma tökülən bu qədər əmək, ayrılan bu qədər imkan göz görə-görə hədərə gedir. Rəhbərlik "fəlakət deyilik" təsəllisi ilə özünə bəraət qazandırmağı dayandırmalıdır. Bu xalq sizdən sıradan yerlər yox, Bakıda çempionluq gözləyir!

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR