Azərbaycanın 21 yaşadək millisinin üzvü Murad Məmmədov "Pafos" klubunda debüt etdi.
Sport1.az xəbər verir ki, 20 yaşlı vinger ilk dəfə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Hayduk"la cavab matçında forma geyindi.
Kipr təmsilçisi həmin qarşılaşmada 4 cavabsız qolla qələbə qazandı və adını III raunda yazdırdı.
82-ci dəqiqədə oyuna daxil olan Murad komandasının 2-ci qolunun məhsuldar ötürməsinin müəllifi oldu.
Xatırladaq ki, "Pafos"un növbəti mərhələdə rəqibi "Zalsburq" (Avstriya) olacaq.