son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ●

U-17 Dünya Çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə qoşulur

Bölmə adı Güləş
Yayımlandı 31-07-2026, 10:59

Bakının ev sahibliyi etdiyi güləş üzrə U-17 Dünya Çempionatı davam edir.

Sport1.az xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə start verəcək.

Qadın güləşçilərdən Gülxanım Şirinova (40 kq) Azzaya Battulqa (Monqolustan), Fatimə Bayramova (53 kq) isə Mariya Jitovoz (Macarıstan) ilə təsəlliverici görüşdə qarşılaşacaqlar.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib çıxıblar.

Mundial avqustun 2-dək davam edəcək.

Azərbaycan turnirdə ümumilikdə 29 güləşçi ilə təmsil olunur.

U-17 Dünya Çempionatı. 1/8 final

48 kq
Hüseyn Rzazadə - Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)

80 kq
Nihad Süleymanlı - Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)

Təsnifat mərhələsi

55 kq
Abbas Şəfiyev - Temirlan Murat (Qazaxıstan)

65 kq
Rəşid Nazarov - Erik Papikyan (Ermənistan)

110 kq
Hakim Tağıyev - Behruz Aşirov (Özbəkistan)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR