son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ●

Türkiyədə yarışacaq Azərbaycan güləşçilərinin adları açıqlandı

Bölmə adı Güləş
Yayımlandı 31-07-2026, 15:18

Bu gün Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək.

Sport1.az xəbər verir ki, avqustun 2-dək davam edəcək yarışda yunan-Roma və sərbəst güləş üzrə millilərimizin 23 üzvü mübarizə aparacaq.

Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad Məmmədov (hər ikisi 60 kq), Nihat Məmmədli, Ziya Babaşov (hər ikisi 63 kq), Xalid Həsənov (72 kq), Ruslan Nurullayev, Davud Məmmədov (hər ikisi 77 kq), Laçın Vəliyev, Tuncay Vəzirzadə (hər ikisi 87 kq), Məhəmməd Əhmədiyev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) yunan-Roma güləşi üzrə yarışda gücünü sınayacaq.

Sərbəst güləşçilərimiz isə məşqçi Arif Abdullayev və Taymuraz Kokoyevin rəhbərliyi altında uğur qazanmağa çalışacaqlar.

Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Ruslan Abdullayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Təbriz Bayramov (92 kq), Zəfər Əliyev (97 kq), Muxamad Qantemirov və Ketaq Karsanov (hər ikisi 125 kq) yer alıb.

Dünya Güləş Birliyi (UWW) bu yarışın ümumi idarəetməsini Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinin sədri, I-S dərəcəli referi Asif Şirəliyevə tapşırıb.

Ali qurumun etimadını qazanan A.Şirəliyev UWW nümayəndəsi kimi yarışın rəhbəri funksiyasını yerinə yetirəcək.

Memorialda III dərəcəli hakimlərimiz Elxan Həmidzadə, Samir Hacıyev və Qədim Qurbanov ədaləti qoruyacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR