son dəqiqə SON DƏQİQƏ
DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ●

Budapeştdə bürünc medal

Bölmə adı Güləş
Yayımlandı 17-07-2026, 22:49

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turniri davam edir.

Sport1.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın üç güləşçisi mübarizə aparıb.

Qadın güləşində 65 kq çəki dərəcəsində çıxış edən Birgül Soltanova əvvəlcə rumıniyalı Mariya Pantirunu 13:5 hesabı ilə məğlub edib. O, 1/4 finalda amerikalı Riis Larramendiyə 4:6 hesabı ilə uduzsa da, bürünc medal uğrunda görüşdə kanadalı Miki Roubottomu “tuş”la məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Birgülün karyerasında reytinq turnirlərində qazandığı ilk medal olub.

68 kq çəki dərəcəsində mübarizə aparan Nigar Mirzəzadə türkiyəli dünya mükafatçısı və ikiqat Avropa çempionu Nesrin Başa 0:10 hesabı ilə uduzub.

Yunan-Roma güləşində 67 kq-da debüt edən Məhəmməd Şükürzadə isə 1/8 finalda xorvatiyalı Dominik Etlingerə 0:9 hesabı ilə məğlub olub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR