son dəqiqə SON DƏQİQƏ
DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ●

Balıq ovu festivalı keçirildi - FOTO

Bölmə adı Digər
Yayımlandı 17-07-2026, 16:35

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı baş tutub.

Sport1.az xəbər verir ki, tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.

Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan Bodibildinq və Fitnes Federasiyası) bütün rəqiblərini qabaqlayıb.

Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yerin sahibi olub.

Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan Voleybol Federasiyası) layiq görülüb.

Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yer tutub.
Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.

İdman məqsədi ilə təşkil edilən tədbirdə tutulan balıqlar yenidən suya buraxılıb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR