son dəqiqə SON DƏQİQƏ
DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ●

Bakıda keçiriləcək U-17 Dünya Çempionatının rəsmi loqosu təsdiqlənib

Bölmə adı Cüdo
Yayımlandı 16-07-2026, 20:56

27 iyul - 2 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə U-17 Dünya Çempionatının rəsmi emblemi təsdiqlənib.

Sport1.az xəbər verir ki, loqonun mərkəzində yerləşən stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir. Dinamik kompozisiya güləşin əsas fəlsəfəsini – güc, əzm və ədalətli mübarizə prinsiplərini əks etdirir.

Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubunun əsas elementlərindən biridir. UWW mundiallarda brendinqində göy və ağ rəng palitrasından geniş istifadə edir ki, bu da yarışın vizual kimliyini vurğulayır.

Loqonun xarici halqasında istifadə olunan ornamentlər Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb. Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və milli sənətin dünya idman səhnəsində tanıdılmasını simvolizə edir. Bununla yanaşı, loqo vasitəsilə beynəlxalq idman tədbirinin Azərbaycanın milli-mədəni dəyərləri ilə vəhdəti nümayiş etdirilir.

Qeyd edək ki, cari ilin ilk güləş mundialında müxtəlif ölkələrdən yüzlərlə perspektivli yeniyetmə idmançı mübarizə aparacaq.

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR