İdmançımız Bolqarıstanda gümüş medal qazanıb

Bölmə adı Digər
Yayımlandı 16-07-2026, 18:55

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində suya tullanma üzrə yeniyetmələrdən ibarət yığmanın üzvü Mehri Ağayeva uğurlu çıxış edib.

Sport1.az xəbər verir ki, Azərbaycan millisinin üzvü qızlar arasında E qrupu üzrə bir metr tramplindən tullanma növündə mübarizə aparıb.

O, 115,20 xal toplayaraq yarışı ikinci pillədə başa vurub və gümüş medal qazanıb.

OXŞAR XƏBƏRLƏR