son dəqiqə SON DƏQİQƏ
DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ●

"Azərlotereya" jurnalistlər arasında "FC 26" çempionatı keçirdi - VİDEO

Bölmə adı Digər
Yayımlandı 16-07-2026, 16:22

"Azərlotereya" ASC-nin "Media Club" layihəsi çərçivəsində 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında "FC 26" çempionatı və futbol viktorinası təşkil olunub.

Sport1.az xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin iştirak etdiyi proqramda öncə püşkatma mərhələsi keçirilib, daha sonra jurnalistlər "PlayStation" platformasında “FC 26” futbol çempionatında yarışıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda birinci yerin qalibi Fanat.az saytının müxbiri Kamil Xudiyev, ikinci yerin sahibi Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə, üçüncü yerdə isə Sportnet.az saytının müxbiri Həşim Məmmədov olub.

Futbolun tarixi, dünya çempionatları, rekordlar və maraqlı faktlara dair sualların yer aldığı viktorinada Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev və Fanat.az saytının müxbiri Kamil Xudiyev qalib olublar.

Qaliblərə müxtəlif pul mükafatları və hədiyyələr təqdim edilib.

Tədbir şam yeməyi və futbol üzrə dünya çempionatının yarımfinal qarşılaşmasının birgə izlənilməsi ilə davam edib.

"Azərlotereya"nın "Media Club" layihəsi çərçivəsində mütəmadi olaraq müxtəlif formatlı idman, intellektual və əyləncəli tədbirlər keçirilir.

Əsas məqsəd media nümayəndələri arasında ünsiyyəti gücləndirmək, onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə töhfə verməkdir.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR