Gürcüstanda çimərlik futbolu üzrə Avropa Çempionatının seçmə mərhələsinə start verilib.
Sport1.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununu İngiltərə yığmasına qarşı keçirib.
Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.
Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını iyulun 17-də Latviyaya qarşı keçirəcək.