son dəqiqə SON DƏQİQƏ
Südabə Ağayeva mübarizəni dayandırıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ●

Dünya çempionatının loqosu təsdiqlənib

Bölmə adı Güləş
Yayımlandı 13-07-2026, 22:52

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.

Sport1.az xəbər verir ki, loqo yarışın idman ruhunu, beynəlxalq xarakterini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən vizual konsepsiya əsasında hazırlanıb.

Loqonun mərkəzində yer alan stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir. Dinamik kompozisiya güləşin əsas prinsipləri olan güc, əzm və ədalətli rəqabəti əks etdirir.

Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubuna uyğun seçilib. UWW dünya çempionatlarının brendinqində əsasən göy və ağ rəng palitrasından istifadə edir ki, bu da yarışın vizual kimliyini ön plana çıxarır.

Loqonun xarici halqasında yer alan ornamentlər Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb. Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və bu dəyərlərin beynəlxalq idman səhnəsində tanıdılmasını simvolizə edir.

Milli Gimnastika Arenasında keçiriləcək U-17 dünya çempionatında müxtəlif ölkələrdən yüzlərlə perspektivli yeniyetmə güləşçi mübarizə aparacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR