son dəqiqə SON DƏQİQƏ
Südabə Ağayeva mübarizəni dayandırıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ●

Azərbaycanlı avarçəkəndən Litvada gümüş medal

Bölmə adı Digər
Yayımlandı 13-07-2026, 20:54

Azərbaycanın akademik avarçəkmə üzrə gənclərdən ibarət milli komandasının üzvü Azər İlyasov Litvada keçirilən Açıq ölkə çempionatında uğurlu çıxışı ilə seçilib.

Sport1.az xəbər verir ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançımız Şaulyay şəhərində təşkil olunan yarışda gümüş medal qazanıb.

Yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsraildən olan idmançıların da mübarizə apardığı turnirdə Azər İlyasov 15 iştirakçının yer aldığı yarımfinal mərhələsini uğurla adlayaraq A finalına yüksəlib.

Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib.

O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq gümüş medala sahib çıxıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR