U-20 millimiz Slovakiyaya qarşı

Bölmə adı Basketbol
Yayımlandı 12-07-2026, 15:19

Kişi basketbolçulardan ibarət U-20 Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq.

Sport1.az xəbər verir ki, yığmamız FİBA U-20 Avropa Çempionatının B divizionunda Slovakiya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-də start götürəcək.

Müəllif: Rövşən Əlisoy