son dəqiqə SON DƏQİQƏ
I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ●

Azərbaycan gimnastları Portuqaliyada 13 medal qazandılar

Bölmə adı Digər
Yayımlandı 12-07-2026, 13:33

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP beynəlxalq turniri keçirilib.

Sport1.az xəbər verir ki, müxtəlif ölkələrdən idmançıların iştirak etdiyi yarışda Azərbaycanı batut gimnastikası və tamblinq növləri üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil edib.

Batut gimnastikası üzrə böyüklər arasında Maqsud Mahsudov 60.240 xalla, Selcan Mahsudova isə 57.190 xalla qızıl medal qazanıblar.

Hüseyn Abbasov 57.730 xalla bürünc medala sahib çıxıb.

13-14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla gümüş medal əldə edib.

15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xalla qızıl, Fərhad Mustafayev isə 51.470 xalla gümüş medal qazanıblar.

İkili mini-batut yarışlarında da Ammar Baxşalıyev 23.900 xalla qızıl medala layiq görülüb.

Tamblinq üzrə böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası 148.100 xalla komanda hesabında qızıl medal qazanıb.

Fərdi proqramda isə Bilal Qurbanov 46.200 xalla gümüş medala layiq görülüb.

13-14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal əldə edib.

15-16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla qızıl, Riad Cavadov isə 83.900 xalla gümüş medal əldə ediblər.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR