son dəqiqə SON DƏQİQƏ
I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ●

Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyəti beynəlxalq turnirin finalçıları ilə görüşüb

Bölmə adı Digər
Yayımlandı 11-07-2026, 23:45

Azərbaycan Alpinizm Federasiyasının *İdarə Heyəti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində final mərhələsinə yüksələn Azərbaycan idmançıları ilə görüşüb.


Sport1.az xəbər verir ki, görüşdə boulderinq növü üzrə qadınlar arasında ikinci yeri tutan Leyla Əhmədova, kişilər arasında üçüncü yerin sahibi Nazim Yusifzadə, eləcə də turnirin final mərhələsinə yüksələn digər Azərbaycan idmançıları və komandanın məşqçisi Çingiz Tağızadə iştirak ediblər.


İdarə Heyətinin üzvləri idmançıları əldə etdikləri nəticələr münasibətilə təbrik edib, onların beynəlxalq yarışlarda uğurlu çıxışının Azərbaycanda idman dırmanmasının inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Görüş zamanı idmançıların hazırlıq prosesi, turnirdəki çıxışları və qarşıdakı yarışlarla bağlı planlar müzakirə olunub.


Qeyd edək ki, Azərbaycan turnirdə iki kişi və iki qadın olmaqla dörd idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla keçərək finala yüksəliblər. Yarışın yekununda Leyla Əhmədova gümüş, Nazim Yusifzadə isə bürünc medal qazanıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR