son dəqiqə SON DƏQİQƏ
I təsnifat mərhələsinin daha 3 oyunu keçiriləcək ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ●

"Mənim "Neftçi" ilə yolum başa çatdı" - Adildən vida paylaşımı

Bölmə adı Basketbol
Yayımlandı 11-07-2026, 13:19

"Hər gözəl hekayənin sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolum başa çatdı".

Sport1.az xəbər verir ki, bu sözləri basketbol üzrə Azərbaycan millisinin üzvü Adil Həmzəyev deyib.

"Neftçi"dən ayrılan basketbolçu bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib:

"Şərəflə daşıdığım, bütün varlığımı ona həsr etdiyim bu formanı böyük qürur və minnətdarlıqla iki mövsümdən sonra təhvil verirəm. İki il ərzində birlikdə sevindik, çətin günlərdən keçdik, unudulmaz xatirələr topladıq və ömürlük dostlar qazandıq. Bu ailənin bir hissəsi olmaq mənim üçün həmişə qürur mənbəyi olacaq".

Həmzəyev vida paylaşımını aşağıdakı sözlərlə tamamlayıb:

"Sizin dəstəyiniz, inamınız və sevginiz mənim üçün həmişə əvəzsiz olub. "Neftçi" mənim üçün sadəcə klub deyil – bu, həyatımın ən əziz xatirələrinin yazıldığı xüsusi bir yerdir. Bu klub qəlbimdə həmişəlik xüsusi yer tutacaq".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR