son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ●

Güləşçimiz Avropa Çempionatının finalında

Bölmə adı Güləş
Yayımlandı 10-07-2026, 20:42

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.


Sport1.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.


Muhəmməd İsmayılov (57 kq) britaniyalı Dariuş Jovkarla (10:0) moldovalı Georgi Qaydarjiyə (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Maqomed Özdəmirova 2:4 hesabıyla məğlub olan Muhəmməd sabah bürünc medal uğrunda güləşəcək.


Bəşir Verdiyev (65 kq) yunanıstanlı Pavlos Ntiantiadisi tam üstünlüklə (10:0), rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) yarışdan kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Aren Hayrapetyana minimal fərqlə (5:6) məğlub olub. Bəşir sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.


Hacı Kərimov (70 kq) bolqarıstanlı Vladislav Seyzovla slovakiyalı Dominik Zavaçkiyə eyni hesabla (10:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz final yolunda rusiyalı Ramazan Abdulkadırovdan güclü olub – 7:0. Hacı sabah həlledici görüşdə fransalı Bayssanqur Bitmurzayevlə güləşəcək.


Elcan İsmayılzadə (79 kq) təsnifat mərhələsində Maqomed Alibaxarçiyevə 0:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Elcan təsəlliverici görüşdə ispaniyalı David Kodakovla üz-üzə gələcək.


Fərhad Süleymanlı (97 kq) rumıniyalı Balaş Lorinçə 12:5 hesabıyla, almaniyalı Tom Ulametsə isə tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Milli üzvü finalın bir addımlığında fransalı Asxab Dadayevə (2:4) məğlub olub və ümidini bürünc medala bağlayıb.

Müəllif: Cahan