son dəqiqə SON DƏQİQƏ
I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ●

Azərbaycan üzgüçüləri Avropa çempionatında şəxsi rekordlarını yenilədilər

Bölmə adı Digər
Yayımlandı 10-07-2026, 20:24

Almaniyanın Münhen şəhərində keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvləri uğurlu çıxışlarını davam etdirirlər.


Sport1.az xəbər verir ki, yığmanın dörd üzvü yarışın növbəti günündə şəxsi rekordlarını yeniləyib.


Qızların 100 metr sərbəst üsulla üzmə yarışında Məryəm Cavadova məsafəni 59.18 saniyəyə qət edərək əvvəlki ən yaxşı göstəricisi olan 1:00.31-i geridə qoyub.


Oğlanların 400 metr qarışıq üsulla yarışında Yeqor Maynitski 4:34.48 nəticə göstərərək əvvəlki şəxsi rekordunu (4:43.61) yeniləyib.


Qızların 800 metr sərbəst üsulla üzmə yarışında Anastasiya Qnusina 9:27.88 nəticə ilə əvvəlki ən yaxşı göstəricisini (9:31.88) yaxşılaşdırıb.


Oğlanların 800 metr sərbəst üsulla yarışında isə Fərhad Şirməmmədli 8:30.21 nəticə göstərərək əvvəlki şəxsi rekordunu (8:36.04) yeniləyib.


Qeyd edək ki, 7–12 iyul tarixlərində keçirilən Avropa çempionatında Azərbaycan millisi 7 idmançı ilə təmsil olunur. Komandanın baş məşqçisi Luka Qabrilo, məşqçiləri isə Rəşad Əliyev və Ruslan Hətəmxanovdur.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR