
Uzun müddətdir ki, "Qarabağ" rəhbərliyi akademiyanın tikintisi üçün yer axtarırdı.
Sport1.az-a daxil olan məlumata görə, "köhlən atlar" həmin ərazini tapıb. Suraxanıda 2 hektara yaxın torpaq sahəsi satın alınıb. Artıq sənədləşmə prosesinə start verilib.
Bu ildən tikinti işləri başlanacaq. Ərazidə 4 stadion, 1 baza inşa ediləcək. Prosesin başa çatdırılması üçün 3-4 milyon manat civarında maliyyə xərclənəcək.